ArazNews
Ana Səhifə / İran / Tramp: Hörmüz boğazını İslam Respublikasından geri aldıq; indi ona tam nəzarət ABŞ-ın əlindədir!
İran

Tramp: Hörmüz boğazını İslam Respublikasından geri aldıq; indi ona tam nəzarət ABŞ-ın əlindədir!

Tramp: Hörmüz boğazını İslam Respublikasından geri aldıq; indi ona tam nəzarət ABŞ-ın əlindədir!

ABŞ prezidenti Donald Tramp bu ölkənin Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazına nəzarəti İslam Respublikasının əlindən aldığını və hazırda Vaşinqtonun bu strateji su yoluna tam nəzarət etdiyini açıqlayıb.

Tramp Kanzas ştatında keçirilən seçki mitinqində deyib: «İran illərdir Hörmüz boğazını ələ keçirəcəyi ilə hədələyirdi. Onlar bunu etdilər, amma biz onu geri aldıq. Hərbi Dəniz Qüvvələrimiz təxminən iki dəqiqə ərzində boğaza nəzarəti ələ aldı.»

O, həmçinin Hörmüz boğazından keçən neftin həcminin hazırda fevral ayında müharibə başlamazdan əvvəlki səviyyəni də ötdüyünü iddia edib.

Tramp çıxışının digər hissəsində ABŞ-ın Venesueladakı əməliyyatına toxunub və Nikolas Maduronun həbsini administrasiyasının hərbi uğurlarından biri kimi qeyd edib.