ArazNews
Ana Səhifə / Xəbər / Trampdan İslam Respublikasına yeni hədə: «İstədiyimiz zaman onları sıradan çıxara bilərik!»
Xəbər

Trampdan İslam Respublikasına yeni hədə: «İstədiyimiz zaman onları sıradan çıxara bilərik!»

Trampdan İslam Respublikasına yeni hədə: «İstədiyimiz zaman onları sıradan çıxara bilərik!»

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İslam Respublikasına qarşı qəti hərbi üstünlüyə malik olduğunu və istədiyi zaman qarşıdurmaya son qoya biləcəyini bildirib.

Araz News-un «Amerikanın Səsi»nə istinadən verdiyi xəbərə görə, Tramp Kanzas ştatının Salina şəhərində keçirilən seçki mitinqində deyib: «Biz onlara hakim olmuşuq. İstədiyimiz zaman onları sıradan çıxara bilərik, amma hələlik bir az yumşaq davranmağa çalışırıq».

O, qarşıdurmanın sonunun yaxın olduğunu vurğulayaraq əlavə edib: «Məncə, onları sıradan çıxaracağıq və iş bununla bitəcək».

Tramp bundan əlavə ABŞ-ın İslam Respublikasının nüvə gücünü məhv etdiyini və Tehranın nüvə silahına sahib olmasına icazə verməyəcəyini iddia edib.