ArazNews
Ana Səhifə / Xəbər / Binance-ə 6,3 milyard dollarlıq haker hücumu: ABŞ təhlükəsizlik qurumlarının əməkdaşlığı ilə aktivlərin 90 faizinin əvəzi ödənilib
Xəbər

Binance-ə 6,3 milyard dollarlıq haker hücumu: ABŞ təhlükəsizlik qurumlarının əməkdaşlığı ilə aktivlərin 90 faizinin əvəzi ödənilib

Binance-ə 6,3 milyard dollarlıq haker hücumu: ABŞ təhlükəsizlik qurumlarının əməkdaşlığı ilə aktivlərin 90 faizinin əvəzi ödənilib

Binance kriptovalyuta birjası platformaya qarşı genişmiqyaslı kiberhücumdan sonra oğurlanmış aktivlərin 90 faizinə bərabər məbləği artıq öz ehtiyatlarında əvəzlədiyini və istifadəçilərin maliyyə itkisinə məruz qalmayacağını açıqlayıb.

Reuters agentliyinin və Binance-in rəsmi bəyanatının məlumatına görə, birja zərərin ödənilməsi üçün 6,34 milyard dollardan çox vəsait ayırıb, qalan 10 faizin təmin edilməsi prosesi isə davam edir.

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ölkənin Daxili Gəlirlər Xidmətinin Cinayət Təhqiqatları bölməsi ilə birgə Şimali Koreyaya bağlı «TraderTraitor» adlı haker qruplaşmasını bu hücumun məsuliyyətini daşıyan tərəf kimi göstərib.

Binance oğurluq nəticəsində yaranan bütün itkiləri öz üzərinə götürəcəyini vurğulayıb və aktivlərin geri qaytarılması, eləcə də istifadəçilərin vəsait çıxarışlarının bərpası istiqamətində səylərin davam etdiyini bildirib.