İsrailin Somalilenddəki səfiri Maykl Lotem etimadnaməsini bu ölkənin prezidenti Əbdürrəhman Məhəmməd Abdullahiyə təqdim edib.
Etimadnamənin təqdimetmə mərasimindən sonra Somalilendin paytaxtı Harqeysa şəhərində İsrail səfirliyinin yeni binasının təməli qoyulub. Somalilend Prezidentinin Ofisi mərasimdən fotoşəkillər yayıb.