Hindistan rəsmiləri müxalifətin Dehlidə kütləvi etiraz aksiyası keçirməyi planlaşdırdığı bir vaxtda paytaxta təhlükəsizlik qüvvələri və iğtişaşlara qarşı xüsusi avadanlıq yerləşdiriblər.
Reuters agentliyinin məlumatına görə, Konqres Partiyasının lideri Rahul Qandinin rəhbərlik etdiyi müxalifət partiyaları noyabrın 1-də, bazar günü seçici siyahılarında edilən dəyişikliklərə etiraz olaraq böyük yürüş keçirməyi və Seçki Komissiyasının sədrinin istefasını tələb etməyi planlaşdırırlar.
Seçki siyahılarından 130 milyondan çox adın çıxarılmasından sonra etirazlar güclənib. Müxalifət bu dəyişikliklərin Narendra Modinin hakim partiyasının xeyrinə, azlıqların, xüsusilə də müsəlmanların isə ziyanına olduğunu iddia edir.
Hindistanın Seçki Komissiyası və hakim partiya bu ittihamları rədd ediblər.
Dehli polisi də etirazçıların kütləvi iştirakını nəzərə alaraq nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyub və xüsusi təhlükəsizlik tədbirləri görüb.