Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Marko Rubio ilə görüşüb. Görüş ABŞ-ın Atlanta şəhərində keçirilən G20 xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutub.
Anadolu agentliyinin məlumatına görə, iki nazir ABŞ ilə İslam Respublikası arasındakı danışıqlar prosesini müzakirə ediblər. Söhbət zamanı Qəzzadakı vəziyyət, Rusiya-Ukrayna müharibəsi, ikitərəfli münasibətlər və digər regional məsələlər də gündəmə gəlib.