ArazNews
Ana Səhifə / Dünya / Tramp: ABŞ İranla müharibəyə başlamayıb; İslam Respublikası 1979-cu ildən bəri bizə qarşı döyüşür!
Dünya

Tramp: ABŞ İranla müharibəyə başlamayıb; İslam Respublikası 1979-cu ildən bəri bizə qarşı döyüşür!

Tramp: ABŞ İranla müharibəyə başlamayıb; İslam Respublikası 1979-cu ildən bəri bizə qarşı döyüşür!

ABŞ prezidenti Donald Tramp bildirib ki, İslam Respublikası 1979-cu il inqilabından bu günə qədər Birləşmiş Ştatlara qarşı müharibə aparır və minlərlə amerikalının ölümünə və yaralanmasına görə məsuliyyət daşıyır.

Tramp oktyabrın 30-da, cümə günü axşam Florida ştatının Deytona-Biç şəhərində keçirilən seçki mitinqində deyib: «İstəyirəm ki, vacib bir məqamı yadda saxlayasınız: ABŞ İranla müharibəyə başlamayıb. İran 1979-cu ildən bəri ABŞ-a qarşı müharibə aparır.»

O, ilk prezidentliyi dövründə SEPAH-ın Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin öldürülməsinə toxunaraq əlavə edib: «O, yaxşı adam deyildi; yol kənarına basdırılan bombaların atası idi.»

Tramp həmçinin İraqda baş verən partlayışlarda əlil olmuş amerikalı hərbçiləri xatırladaraq Süleymanini bu hücumlara görə məsuliyyətli sayıb və vurğulayıb ki, Vaşinqton bu əməlləri törədənlərin cəzasız qalmasına imkan verə bilməzdi.