Bir ABŞ rəsmisi Axios-a bildirib ki, Respublikaçıların aralıq seçkilərdə ağır məğlubiyyəti Trampı İran rejiminə qarşı genişmiqyaslı hərbi əməliyyat əmri verməyə daha çox meylləndirə bilər. Bu seçkilər noyabrın 3-də, çərşənbə axşamı keçiriləcək.
Həmin rəsminin sözlərinə görə, Tramp özünü alçaldılmış və ya kənara itələnmiş hiss edərsə, «cəsarətli addım atacaq». O əlavə edib ki, hamı İran rejiminin rəsmilərinə eyni mesajı çatdırır: «Razılaşma üçün ən yaxşı fürsətləri elə indidir».
Qətərli vasitəçilər eyni zamanda seçkilərdən əvvəl ABŞ ilə İran rejimi arasında razılaşma əldə olunması üçün Tehranda uzun və intensiv danışıqlar aparırlar.