ArazNews
Ana Səhifə / Bölgə / Səudiyyə Ərəbistanı Məkkə bölgəsində İranın dəstəklədiyi husilərin PUA-sını məhv etdiyini açıqlayıb
Bölgə

Səudiyyə Ərəbistanı Məkkə bölgəsində İranın dəstəklədiyi husilərin PUA-sını məhv etdiyini açıqlayıb

Səudiyyə Ərəbistanı Məkkə bölgəsində İranın dəstəklədiyi husilərin PUA-sını məhv etdiyini açıqlayıb

Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiya İslam Respublikasının dəstəklədiyi husilərə məxsus pilotsuz uçuş aparatını (PUA) Məkkə bölgəsində ələ keçirərək məhv etdiyini bildirib.

Reuters agentliyinin məlumatına görə, Səudiyyə koalisiyası 30 oktyabr, cümə günü bu PUA-nın Yəmənin husiləri tərəfindən Məkkə bölgəsi istiqamətində buraxıldığını açıqlayıb.

Bununla belə, husilərin hərbi sözçüsü Yəhya Səri bu iddianı təkzib edərək qruplaşmanın Məkkəyə qarşı heç bir əməliyyat həyata keçirmədiyini deyib.

Husilər son aylar ərzində dəfələrlə Səudiyyə Ərəbistanının neft obyektlərini, hava limanlarını və hərbi mərkəzlərini raket və PUA hücumları ilə hədəfə alıblar.