ArazNews
Ana Səhifə / Bölgə / Əliyevdən Ərdoğana Türkiyə Respublikasının ildönümü münasibətilə məktub: «Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldib»
Bölgə

Əliyevdən Ərdoğana Türkiyə Respublikasının ildönümü münasibətilə məktub: «Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldib»

Əliyevdən Ərdoğana Türkiyə Respublikasının ildönümü münasibətilə məktub: «Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldib»

Azərbaycan Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda Türkiyə Respublikasının yaranmasının ildönümünü təbrik edib. 29 oktyabr Türkiyənin milli bayramıdır. Əliyev bu təbriki öz adından və Azərbaycan xalqı adından bütün Türkiyə xalqına çatdırıb.

Azərbaycan Prezidenti yazıb ki, iki ölkə arasındakı dostluq və qardaşlıq bağları tarixin sınaqlarından şərəflə çıxıb. O, Şuşa Bəyannaməsini 2021-ci ildə Ərdoğanla birlikdə imzaladığını xatırladıb. Onun sözlərinə görə, bu bəyannamə ilə iki ölkə arasındakı münasibətlər ən yüksək səviyyəyə, yəni müttəfiqlik səviyyəsinə yüksəlib və yeni məzmun qazanıb.

Əliyev Ərdoğana cansağlığı və uğurlar arzulayıb. O, həmçinin «qardaş Türkiyəyə» və onun xalqına daim əmin-amanlıq və rifah diləyib.