HRANA xəbər agentliyinin məlumatına görə, Tehran İnqilab Məhkəməsinin 23-cü şöbəsi 1404-cü ilin dey ayı etirazlarının 3 iştirakçısını edam cəzasına məhkum edib. Əmirrza Rzayi, Vahid Qəhrəmani və Mehdi adlı ruhani ölkəni bürüyən etirazlar zamanı ayrı-ayrılıqda həbs olunublar. Hökm onlara aban ayının 4-də həbsxanada elan edilib. İki gün sonra hər üçü Böyük Tehran həbsxanasından Kərəcdəki Qızılhesar həbsxanasına köçürülüb. Məhkəmə hakimiyyəti onları, o cümlədən, «İsrail üçün əməliyyat fəaliyyəti»ndə ittiham edib.
Mehdi əvvəllər SEPAH-ın üzvü də olub. Ruhanilərin Xüsusi Məhkəməsi ayrıca bir işdə onu «mürtədlik»də ittiham edib və ona daha bir edam hökmü çıxarıb. BMT-nin müstəqil ekspertləri mehr ayının 18-də İslam Respublikasını bütün edamları dərhal dayandırmağa çağırıblar. BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Mai Sato da İranda əhalinin sayına nisbətdə edam göstəricisinin dünyada açıq fərqlə ən yüksək olduğunu bildirmişdi.