Oktyabrın 21-də, çərşənbə günü səhər tezdən təhlükəsizlik qüvvələrinin Təbrizdəki iş yerinə basqını zamanı saxlanılan azərbaycanlı fəal Mehrdad Qadiri oktyabrın 27-də, çərşənbə axşamı günü Təbriz Mərkəzi Həbsxanasının 15-ci bölməsinə köçürülüb.
Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi daha əvvəl Mehrdad Qadirini "ölkənin təhlükəsizliyinə qarşı toplaşma və əlbir olma" ittihamı ilə 3 il 7 ay, "Demokratlar qrupuna üzvlük" ittihamı ilə isə 2 il 9 ay tazir həbs cəzasına məhkum edib.