İsrail mediası xəbər verib ki, bu gün, 27 oktyabr, çərşənbə axşamı keçirilən parlament seçkilərində ərəb vətəndaşlar, görünür, yəhudilərdən daha yüksək fəallıqla səs veriblər. Hətta 1916-cı ildə doğulmuş 110 yaşlı bir kişi də səs verməyə gedib. Ərəb partiyası Raamın lideri Mənsur Abbas qazandıqları mandatları ölkədə «yeni reallığa» çevirəcəklərini deyib. Dövlət telekanalı Kan da seçkinin qalibinin hələ bəlli olmadığını, lakin böyük uduzanın artıq indidən Netanyahu olduğunu bildirib.
Bölgə