ArazNews
Ana Səhifə / İnsan Haqları / Azərbaycan milli fəalı Mehrdad Qadiri Təbrizdə həbs edilib
İnsan Haqları

Azərbaycan milli fəalı Mehrdad Qadiri Təbrizdə həbs edilib

Azərbaycan milli fəalı Mehrdad Qadiri Təbrizdə həbs edilib

Azərbaycan milli fəalı Mehrdad Qadiri bu gün, 29 mehr (21 oktyabr), çərşənbə günü yerli vaxtla saat 11 radələrində təhlükəsizlik qüvvələrinin Təbrizdəki iş yerinə basqını zamanı həbs edilərək naməlum yerə aparılıb.

Fəalın həbsi, ehtimal ki, onun və digər bir neçə Azərbaycan milli fəalının barələrində çıxarılmış həbs hökmlərinin icrası üçün bu yaxınlarda məhkəməyə çağırılması ilə bağlıdır.

Daha əvvəl Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi Mehrdad Qadirini «ölkə təhlükəsizliyinə qarşı toplaşma və sözləşmə» ittihamı ilə 3 il 7 ay, «Demokratlar qrupuna üzvlük» ittihamı ilə isə 2 il 9 ay təziri həbs cəzasına məhkum edib.

Qadiri 1402-ci ilin şəhrivər ayında (2023-cü ilin avqust-sentyabr) daha 12 Azərbaycan milli fəalı – Yoruş Mehrəlibəyli, Əli Babayi, Davud Şiri, Araz İbrahimnejad, Əmirhüseyn Ağayi, Cavad Sudbər, Mürtəza Nurməhəmmədi, Hamid Yeganəpur, Hüseyn Azadi, İbrahim Əvəzzadə və Nasir Rəzmcu ilə birlikdə «Demokratlar qrupunu yaratmaq və ona üzv olmaq» ittihamı ilə həbs edilmişdi.