ArazNews
Ana Səhifə / Bölgə / Netanyahu İsraildə seçki günü: «Yəhudi dövlətimizin gələcəyi təhlükədədir, elə indi Likuda səs verin»
Bölgə

Netanyahu İsraildə seçki günü: «Yəhudi dövlətimizin gələcəyi təhlükədədir, elə indi Likuda səs verin»

Netanyahu İsraildə seçki günü: «Yəhudi dövlətimizin gələcəyi təhlükədədir, elə indi Likuda səs verin»

İsrailin baş naziri Binyamin Netanyahu bu gün, oktyabrın 27-də, çərşənbə axşamı, səsvermənin gedişində «təcili çağırış» başlıqlı müraciət yayıb. O yazıb ki, İsrail yəhudi dövlətinin gələcəyi təhlükə altındadır və tərəfdarlarını elə indi Likud partiyasına səs verməyə çağırıb.

Netanyahunun sözlərinə görə, İsrailin ərəb icmasında seçkidə iştirak adi haldan yüksəkdir, sağçı seçicilər isə seçki məntəqələrinə daha az gəliblər. O, sağçı seçicilərə evdə qalmamağa, ətrafındakılardan da mümkün qədər çox insanı Likuda səs vermək üçün məntəqələrə aparmağa çağırıb.

İsrailin 14-cü kanalı da polis əməkdaşlarına istinadən ərəblərin yaşadığı ərazilərdəki seçki məntəqələrində qeyri-adi izdiham olduğunu xəbər verib. Kanal reportajını «Belə şey görməmişdik» başlığı ilə yayımlayıb.