ArazNews
Ana Səhifə / Azərbaycan / Altı ayda 69 nəfər həyatını itirib: Şərqi Azərbaycanda yanıqdan ölüm halları 33 faiz artıb
Azərbaycan

Altı ayda 69 nəfər həyatını itirib: Şərqi Azərbaycanda yanıqdan ölüm halları 33 faiz artıb

Altı ayda 69 nəfər həyatını itirib: Şərqi Azərbaycanda yanıqdan ölüm halları 33 faiz artıb

Şərqi Azərbaycanda 1405-ci ilin birinci yarısında yanıq hadisələri nəticəsində həyatını itirənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 69 nəfərə çatıb.

İnqilab Keşikçiləri Korpusuna (SEPAH) yaxın Fars xəbər agentliyinin məlumatına görə, Şərqi Azərbaycan Məhkəmə Tibbi Ekspertizası İdarəsinin baş direktoru Mehrdad Setarə bildirib ki, qurbanlardan 49-u kişi, 20-si qadın olub.

Onun sözlərinə görə, təkcə bu ilin şəhrivər ayında yanığın yaratdığı ağırlaşmalar nəticəsində 13 nəfər həyatını itirib ki, bu da ötən ilin şəhrivər ayı ilə müqayisədə bir nəfər çoxdur.

Bu göstəricinin nəzərəçarpacaq dərəcədə artması Şərqi Azərbaycanda vətəndaşların təhlükəsizliyi, yanıq hadisələrinin qarşısının alınması və ölüm hallarının səbəblərinin araşdırılmasının zəruriliyi ilə bağlı narahatlıq doğurur.