The New York Times qəzeti bir neçə rəsmiyə istinadən xəbər verib ki, əldə olan kəşfiyyat məlumatları İslam Respublikası ilə bağlı agentlərin ABŞ ərazisində olması ehtimalını gücləndirib.
The New York Times qəzetinin məlumatına görə, amerikalı rəsmilər Tehranla bağlı agentlərin ABŞ ərazisindəki hədəflərə qarşı yarada biləcəyi təhdidləri araşdırırlar.
Bununla belə, qəzetin istinad etdiyi rəsmilərdən biri vurğulayıb ki, İslam Respublikasının ABŞ ərazisində hücumlar həyata keçirmək üçün əməliyyat imkanları məhduddur və Tehranın ambisiyaları onun real imkanlarını aşır.
Bu yazı Vaşinqtonla Tehran arasında hərbi gərginliyin artdığı və İslam Respublikasının mümkün cavab addımları ilə bağlı narahatlığın gücləndiyi bir vaxtda dərc olunur.