ArazNews
Ana Səhifə / İnsan Haqları / Türk fəallarına qarşı repressiyalar davam edir: Azərbaycandan olan pauerliftinq çempionu 3 il həbs cəzasına məhkum edilib
İnsan Haqları

Türk fəallarına qarşı repressiyalar davam edir: Azərbaycandan olan pauerliftinq çempionu 3 il həbs cəzasına məhkum edilib

Türk fəallarına qarşı repressiyalar davam edir: Azərbaycandan olan pauerliftinq çempionu 3 il həbs cəzasına məhkum edilib

İranın pauerliftinq çempionu, Azərbaycandan olan vətəndaş fəalı Əlirza Şahinmehr 3 il həbs cəzasına məhkum edilib. İslam Respublikasının məhkəmə sistemi onu «etnikçilik» və «milli təhlükəsizlik əleyhinə fəaliyyət»də ittiham edib.

Şahinmehr Tehranın Qələ-Həsənxan ərazisində yaşayır. Tehran Təhlükəsizlik Prokurorluğu mehr ayının 18-də (10 oktyabr) ona bildiriş göndərərək hökmün icrası üçün çağırıb.

Bildirişə əsasən, türk idmançı 3 gün ərzində hökmlərin icrası şöbəsinə özü gəlməlidir. Prokurorluq xəbərdarlıq edib ki, gəlmədiyi təqdirdə o, məcburi qaydada gətiriləcək.