ArazNews
Ana Səhifə / Dünya / Netanyahunun keçmiş müttəfiqindən xəbərdarlıq: Onun yenidən seçilməsi İsrail üçün fəlakətli olacaq; «O, mənə xəyanət etdi»
Dünya

Netanyahunun keçmiş müttəfiqindən xəbərdarlıq: Onun yenidən seçilməsi İsrail üçün fəlakətli olacaq; «O, mənə xəyanət etdi»

Netanyahunun keçmiş müttəfiqindən xəbərdarlıq: Onun yenidən seçilməsi İsrail üçün fəlakətli olacaq; «O, mənə xəyanət etdi»

Ümumdünya Yəhudi Konqresinin prezidenti və Benyamin Netanyahunun keçmişdə ən yaxın etimad etdiyi şəxslərdən biri olan Ronald Lauder İsrailin baş nazirini kəskin tənqid edib. O, Netanyahunun yenidən seçilməsinin bu ölkənin gələcəyi üçün ağır nəticələr doğura biləcəyini bildirərək xəbərdarlıq edib.

Lauder "Haaretz" qəzetinə müsahibəsində deyib: «Əgər Netanyahu yenidən seçilsə, İsrail ciddi zərər görəcək». O, həmçinin İsraildə demokratiyanın vəziyyətini narahatedici kimi səciyyələndirib.

Uzun illər Netanyahu ilə yaxın münasibətdə olmuş amerikalı milyarder iddia edib ki, İsrailin baş naziri 1990-cı illərdə Suriya ilə aparılan sülh danışıqlarında öz siyasi maraqlarını razılaşmanın əldə olunmasından üstün tutub.

Lauder deyib: «O, siyasəti sülhdən üstün tutdu. Öz siyasi gələcəyini razılaşmadan önəmli saydı. Mənə xəyanət etdi».

O, həmçinin Ben-Qvir və Smotriçin partiyalarının gələcək hökumətdə yenidən yer almasının İsrail üçün dağıdıcı nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.

Ümumdünya Yəhudi Konqresinin prezidenti İsrailin ABŞ və dünya yəhudi icmaları ilə münasibətlərinin zəifləməsindən narahatlığını ifadə edib. O, İsraildəki bütün mülklərini satdığını və ya bağışladığını, artıq bu ölkəyə qayıtmaq niyyətində olmadığını açıqlayıb.