ArazNews
Ana Səhifə / Dünya / Respublikaçılar və demokratlar Trampın Rusiyaya güzəştlərinə etiraz edib
Dünya

Respublikaçılar və demokratlar Trampın Rusiyaya güzəştlərinə etiraz edib

Respublikaçılar və demokratlar Trampın Rusiyaya güzəştlərinə etiraz edib

Reuters agentliyinin məlumatına görə, Tramp son həftələrdə Rusiyanın dizel yanacağı ixracına qarşı sanksiyaları ləğv edib, Kremlə yaxın vəzifəli şəxslərə, banklara və şirkətlərə qarşı yeni sanksiyaların tətbiqini isə dayandırıb. Bu addım Vladimir Putini sülh danışıqlarına həvəsləndirmək məqsədi daşıyır.

Buna cavab olaraq, 17 demokrat və 5 respublikaçı qanunverici Rusiyaya qarşı sanksiyaların tam şəkildə tətbiq edilməsini tələb edib.

Bu fikir ayrılıqları noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra Vaşinqtonun Moskva və Kiyevlə bağlı siyasəti məsələsində Konqreslə Tramp administrasiyası arasında ciddi qarşıdurmaya səbəb ola bilər.