ArazNews
Ana Səhifə / Bölgə / ABŞ Dövlət Departamenti "Reuters"in xəbərini təkzib edib: Diplomatların ölkəni tərk etməsi barədə əmr yalnız Səudiyyə Ərəbistanına aiddir
Bölgə

ABŞ Dövlət Departamenti "Reuters"in xəbərini təkzib edib: Diplomatların ölkəni tərk etməsi barədə əmr yalnız Səudiyyə Ərəbistanına aiddir

ABŞ Dövlət Departamenti

ABŞ Dövlət Departamentinin sözçüsü ölkənin diplomatik işçilərinin ölkəni tərk etməsi barədə əmrin yalnız Səudiyyə Ərəbistanına aid olduğunu açıqlayıb. O, diplomatların və onların ailə üzvlərinin Yaxın Şərqin bir neçə ölkəsindən çıxarılması barədə xəbəri təkzib edib.

"Reuters" agentliyi daha əvvəl üç amerikalı rəsmiyə istinadən Vaşinqtonun Körfəz ölkələrindəki səfirliklərin bəzi əməkdaşlarının və onların ailə üzvlərinin bu ölkələri tərk etməsi barədə əmr hazırladığını xəbər vermişdi. ABŞ Dövlət Departamenti bu əmrin BƏƏ, İordaniya, Qətər və Bəhreyndə icra olunduğunu təsdiqləməyib.

"Reuters" amerikalı diplomatlar üçün yeni təhlükəsizlik tədbirlərinin nəzərdən keçirilməsinin səbəbi kimi regionda toqquşmaların yenidən başlaya biləcəyi, xüsusilə də husi silahlı qruplaşmasının hücumları ilə bağlı narahatlığı göstərmişdi.