ArazNews
Ana Səhifə / Bölgə / Körfəzin şimalında yeni gərginlik: İraqın Fav limanı yaxınlığında neft tankeri naməlum mərmi ilə hədəf alınıb
Bölgə

Körfəzin şimalında yeni gərginlik: İraqın Fav limanı yaxınlığında neft tankeri naməlum mərmi ilə hədəf alınıb

Körfəzin şimalında yeni gərginlik: İraqın Fav limanı yaxınlığında neft tankeri naməlum mərmi ilə hədəf alınıb

Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Təşkilatı İraqın Fav limanı yaxınlığında bir neft tankerinə hücum edildiyini xəbər verib. Təşkilatın məlumatına görə, tanker oktyabrın 20-də, çərşənbə axşamı gecə saatlarında Favın 30 dəniz mili cənub-şərqində naməlum mərmi ilə hədəf alınıb. Tankerin kapitanı ekipaj üzvlərinin salamat olduğunu, hücumun heç bir ziyana və ya ekoloji çirklənməyə səbəb olmadığını bildirib.

Bəzi müşahidəçilər bu hücumu İslam Respublikasının İraqın İranla sərhədlərinin bağlanmasına cəld cavabı kimi qiymətləndirirlər. Onların fikrincə, Tehran bu addımla Bağdada İraqdakı nüfuzunu qorumaq üçün istənilən həddə, hətta bu ölkənin mərkəzi hökumətinin süqutuna qədər gedəcəyi mesajını verib.

Britaniyanın dəniz təşkilatı gəmiləri bu ərazidən ehtiyatla keçməyə və istənilən şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb.