ArazNews
Ana Səhifə / İran / Qalibafın müşaviri Tramp və Netanyahunun razılığa gəldiyini iddia edib: «İsraillə müharibə "sıfır anı"na yaxınlaşıb»
İran

Qalibafın müşaviri Tramp və Netanyahunun razılığa gəldiyini iddia edib: «İsraillə müharibə "sıfır anı"na yaxınlaşıb»

Qalibafın müşaviri Tramp və Netanyahunun razılığa gəldiyini iddia edib: «İsraillə müharibə

Parlamentin sədri Qalibafın müşaviri Mehdi Məhəmmədi İsrail ilə İslam Respublikası arasında yeni müharibə mərhələsinin əlamətlərinin «nəzərəçarpacaq dərəcədə» artdığını iddia edib. O, çərşənbə günü, 29 mehrdə (21 oktyabr) yazdığı qeyddə son hərbi hərəkətliliyin münaqişənin «sıfır anı»na yaxınlaşdığından xəbər verdiyini bildirib.

Məhəmmədinin sözlərinə görə, İraq səmasında hərbi uçuşların artması, İsraildə qüvvə və texnikanın yerdəyişməsi, eləcə də hərbi düzülüşün dəyişməsi bu əlamətlərdəndir.

O, Tramp və Netanyahunun İslam Respublikasına hücum məsələsində siyasi razılığa gəldiyini iddia edib. Məhəmmədinin iddiasına görə, onların indiki problemi hədəflər barədə kəşfiyyat məlumatları, silah-sursat hazırlığı və müharibənin nəticələrinə nəzarətdir. O, istənilən hesablama səhvinin müharibəni qəfildən başlada biləcəyi barədə xəbərdarlıq edib.