ArazNews
Ana Səhifə / İran / Hələ heç kimin görmədiyi rəhbər: Hökumət KİV-ləri Qalibafın Müctəba Xameneyi ilə görüşdüyünü iddia edib
İran

Hələ heç kimin görmədiyi rəhbər: Hökumət KİV-ləri Qalibafın Müctəba Xameneyi ilə görüşdüyünü iddia edib

Hələ heç kimin görmədiyi rəhbər: Hökumət KİV-ləri Qalibafın Müctəba Xameneyi ilə görüşdüyünü iddia edib

Hökumət KİV-ləri parlamentin sədri Məhəmmədbağır Qalibafın İslam Respublikasının rəhbəri Müctəba Xameneyi ilə görüşüb söhbət etdiyini iddia edib. Müctəba Xameneyi rəhbər olduğu vaxtdan bu günə qədər ictimaiyyət qarşısında görünməyib.

Həmin KİV-lərin iddiasına görə, görüşdə «hərbi, iqtisadi və koqnitiv müharibə»dəki son vəziyyət müzakirə olunub. Onların sözlərinə görə, görüşdə hakimiyyət tərəfdarlarının küçə aksiyalarının davam etdirilməsinin vacibliyi də vurğulanıb. Hökumətlə parlamentin insanların dolanışıqla bağlı problemlərinin həlli və «strateji tərəfdaşlar»la münasibətlərin inkişafı üçün əməkdaşlığı da görüşün digər mövzuları kimi göstərilib.

Həmin məlumata görə, Qalibaf son müharibənin başlamasından bu yana parlamentin fəaliyyətinə dair hesabatı və onun gələcək planlarını da təqdim edib.