Təbriz sakini Vahid Vidafər həbs olunmasından 75 gün keçsə də, hələ də qeyri-müəyyən vəziyyətdə Təbriz həbsxanasında saxlanılır. Onun bel yırtığından (disk) əziyyət çəkməsinə baxmayaraq, tibbi yardımdan məhrum edilib.
Vidafər 2026-cı il avqustun 5-də Təbrizdə Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Daxil olan məlumatlara görə, onun həbs səbəbi «Benyamin Netanyahunun səhifəsindəki paylaşımlardan birini bəyənməsi» kimi göstərilib. Bununla belə, ona qarşı irəli sürülən rəsmi ittihamın adı və işinə məhkəmədə baxılması ilə bağlı təfərrüatlar məlum deyil.
Həmin məlumata əsasən, Vidafər həbsdə olduğu müddətdə ailəsi ilə yalnız bir dəfə qısa telefon danışığı aparıb. Qeyri-müəyyənliyin davam etməsi, ailə ilə əlaqənin məhdudlaşdırılması və tibbi yardımdan məhrum edilməsi bu məhbus vətəndaşın vəziyyətini narahatedici edib.