ArazNews
Ana Səhifə / Dünya / Böyük Britaniyanın xarici işlər naziri: İki dövlətli həllin məhv edilməsi və fələstinlilərin didərgin salınması qarşısında susmayacağıq
Dünya

Böyük Britaniyanın xarici işlər naziri: İki dövlətli həllin məhv edilməsi və fələstinlilərin didərgin salınması qarşısında susmayacağıq

Böyük Britaniyanın xarici işlər naziri: İki dövlətli həllin məhv edilməsi və fələstinlilərin didərgin salınması qarşısında susmayacağıq

Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband İsrailin Fələstin ərazilərində yaşayış məntəqələri salmasını genişləndirməsini tənqid edərək vurğulayıb ki, London fələstinlilərin didərgin salınmasının davam etməsini və onların torpaqlarının qanunsuz işğalını qəbul etməyəcək.

Miliband İsrailin İordan çayının qərb sahilindəki addımları ilə bağlı xəbərdarlıq edərək bildirib ki, Böyük Britaniya hökuməti iki dövlətli həll çərçivəsində müstəqil Fələstin dövlətinin yaradılması perspektivinin aradan qalxmasına seyrçi qalmayacaq və bu prosesin qarşısını almaq üçün addımlar atacaq.

Böyük Britaniyanın xarici işlər naziri həmçinin vurğulayıb ki, İsrailin yaşayış məntəqələri salması beynəlxalq hüquqa ziddir və London qanunsuz yaşayış məntəqələri ilə bağlı fəaliyyətlərə qarşı mübarizə məqsədilə məhdudlaşdırıcı tədbirlər və sanksiyalar həyata keçirir.