İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, son hadisələrə və beynəlxalq təzyiqlərə baxmayaraq, Tehran nüvə dosyesi ilə bağlı mövqelərini dəyişməyib.
Bəqai mətbuat konfransında deyib: «Biz prinsipial mövqelərimizdən qətiyyən geri çəkilməmişik, çünki bu mövqelər İranın milli maraqlarına uyğundur».
Bəqai həmçinin vurğulayıb ki, İslam Respublikası ABŞ ilə nüvə danışıqlarına başlamayıb. Bu mövqe Vaşinqton ilə Tehran arasında nüvə proqramının gələcəyi ilə bağlı fikir ayrılıqlarının davam etdiyi bir vaxtda səsləndirilir.