ArazNews
Ana Səhifə / Dünya / Fransa etirazlar alovunda: 2400 nəfər saxlanılıb, yüzlərlə mağaza dağıdılıb
Dünya

Fransa etirazlar alovunda: 2400 nəfər saxlanılıb, yüzlərlə mağaza dağıdılıb

Fransa etirazlar alovunda: 2400 nəfər saxlanılıb, yüzlərlə mağaza dağıdılıb

Fransa son illərin ən şiddətli qarışıqlıq dalğalarından birini yaşayıb. Bahalığa və ictimai xidmətlərin keyfiyyətinin aşağı düşməsinə qarşı etirazlar bir neçə şəhərdə toqquşmalara, talançılığa və geniş miqyaslı yanğınlara çevrilib.

"Reuters"in məlumatına görə, Emmanuel Makron televiziya ilə çıxışında sakitliyə çağırıb və deyib: «Hamımız qəzəb və utanc hissi keçiririk». Fransa polisi təxminən 2400 nəfərin saxlanıldığını, 1000-ə yaxın polis əməkdaşının yaralandığını açıqlayıb.

Limojda bələdiyyə binası yandırma hücumu nəticəsində demək olar ki, tamamilə dağılıb. Paris və Marseldə də etirazçılarla çevik polis arasında yeni toqquşmalar baş verib. Şənbə günü Fransanın müxtəlif şəhərlərində yarım milyondan çox insan küçələrə çıxıb.