ArazNews
Ana Səhifə / Dünya / Yunanıstan Qərbi Trakya türklərinə məxsus 8 məktəbi bağlayıb
Dünya

Yunanıstan Qərbi Trakya türklərinə məxsus 8 məktəbi bağlayıb

Yunanıstan Qərbi Trakya türklərinə məxsus 8 məktəbi bağlayıb

2026–2027-ci tədris ilində Qərbi Trakyada türk azlığına məxsus səkkiz ibtidai məktəbin fəaliyyəti «şagird sayının azalması» bəhanəsi ilə dayandırılıb. Bu məktəblərdən beşi Rodopda, ikisi İskeçədə, biri isə Meriçdə yerləşir.

Türkiyə mediasının məlumatına görə, Qərbi Trakya Türk Azlığı Məşvərət Şurasının sədri və İskeçənin seçilmiş müftisi Mustafa Trampa bildirib ki, Afinanın qərarı «müvəqqəti dayandırma» kimi təqdim olunsa da, bu məktəblər faktiki olaraq bağlanıb. Onun sözlərinə görə, bu prosesin davam etməsi uşaqların türk dilində təhsil almasını, eləcə də icmanın mədəni və milli kimliyinin gələcək nəsillərə ötürülməsini təhlükə altına qoyur.

Qərbi Trakya türk icmasının nümayəndələri azlıq məktəblərinin Lozanna müqaviləsi və ikitərəfli razılaşmalar əsasında xüsusi statusa malik olduğunu vurğulayıblar. Onlar Yunanıstan hökumətindən bu hüquqi statusa hörmət etməyi və məktəblərin gələcəyi ilə bağlı yerli icma ilə dialoq aparmağı tələb ediblər.