ArazNews
Ana Səhifə / Bölgə / Körfəz sularında tankerə hücum: gəminin heyəti təxliyə edilib
Bölgə

Körfəz sularında tankerə hücum: gəminin heyəti təxliyə edilib

Körfəz sularında tankerə hücum: gəminin heyəti təxliyə edilib

Səudiyyə Ərəbistanının Əl-Cubeyl şəhərindən təxminən 68 dəniz mili şimal-şərqdə bir neft tankeri naməlum mərmi ilə vurulub. Gəminin bütün heyət üzvləri salamatdır və hadisədən sonra tankerdən təxliyə olunublar.

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Təşkilatının (UKMTO) məlumatına görə, hadisə oktyabrın 16-da (24 mehr), cümə günü günorta saatlarında baş verib və bu barədə məlumat şirkətin təhlükəsizlik üzrə məsul şəxsindən gecikmə ilə daxil olub. Mərminin haradan atıldığı və hücumu kimin həyata keçirdiyi hələlik müəyyən edilməyib, araşdırmalar davam edir.

Təşkilat bildirib ki, hesabatın yayımlandığı ana qədər hücum nəticəsində hər hansı ekoloji fəsadın yarandığı barədə məlumat daxil olmayıb.