ArazNews
Ana Səhifə / Bölgə / Türkiyənin 2035-ci ilədək aerokosmik proqramı: 150-dən çox beşinci nəsil «KAAN» qırıcısı və 10 min PUA istehsal planında
Bölgə

Türkiyənin 2035-ci ilədək aerokosmik proqramı: 150-dən çox beşinci nəsil «KAAN» qırıcısı və 10 min PUA istehsal planında

Türkiyənin 2035-ci ilədək aerokosmik proqramı: 150-dən çox beşinci nəsil «KAAN» qırıcısı və 10 min PUA istehsal planında

Türkiyə Aerokosmik Sənayesi şirkəti (TUSAŞ) 2035-ci ilədək yüzlərlə qırıcı təyyarə və helikopter, eləcə də minlərlə pilotsuz uçan aparat istehsal etməyi hədəfləyib. Türkiyə mediası bu hədəflərin siyahısını dərc edib. Bu rəqəmlər qəti sifariş deyil, istehsal hədəfləridir.

Siyahıya əsasən, 150-dən çox «KAAN» qırıcısı, 200 «HÜRJET» reaktiv təyyarəsi və 150 «HÜRKUŞ» təlim təyyarəsi istehsal olunacaq. «KAAN»ın tədricən Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcılarını əvəz etməsi nəzərdə tutulur. Helikopter sahəsində isə 200-dən çox «GÖKBEY», 150 T925 ağır helikopteri və 100 «ATAK» hücum helikopterinin istehsalı planlaşdırılır.