ArazNews
Ana Səhifə / İran / Xacə Nəsirəddin Tusi Universitetinin tələbələri təhsildən məhrumetmə qərarlarına etiraz olaraq oturaq aksiya keçiriblər
İran

Xacə Nəsirəddin Tusi Universitetinin tələbələri təhsildən məhrumetmə qərarlarına etiraz olaraq oturaq aksiya keçiriblər

Xacə Nəsirəddin Tusi Universitetinin tələbələri təhsildən məhrumetmə qərarlarına etiraz olaraq oturaq aksiya keçiriblər

Xacə Nəsirəddin Tusi adına Texnologiya Universitetinin bir qrup tələbəsi bəzi tələbələr barəsində intizam cəzası və təhsildən məhrumetmə qərarlarının çıxarılmasına etiraz olaraq universitetin Riyaziyyat fakültəsində oturaq aksiyaya başlayıb.

Tələbə mənbələrinin məlumatına görə, son günlər intizam komitələri bir sıra tələbələr barəsində ağır qərarlar çıxarıb. Eyni zamanda digər bir qrup tələbənin universitetə girişinə məhdudiyyət qoyulub.

Bu oturaq aksiya İran universitetlərində tələbələrə qarşı başlayan yeni təzyiq dalğası fonunda keçirilir. Son həftələrdə müxtəlif universitetlərdə tələbələrin təhsildən məhrum edilməsi, universitetdən xaric olunması və universitetə girişinin məhdudlaşdırılması ilə bağlı çoxsaylı məlumatlar yayılıb.