ArazNews
Ana Səhifə / Xəbər / Tehranda «Türk ədəbiyyatı gecəsi» keçirilib
Xəbər

Tehranda «Türk ədəbiyyatı gecəsi» keçirilib

Tehranda «Türk ədəbiyyatı gecəsi» keçirilib

Türkiyə ədəbiyyatının əsərlərini tanıtmaq, türk və fars dilləri arasındakı tarixi, ədəbi və dil bağlarını araşdırmaq məqsədilə «Türk ədəbiyyatı gecəsi» tədbiri keçirilib. Tədbir Türkiyənin Tehrandakı səfirliyinin mədəniyyət və turizm müşavirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Tədbirdə Türkiyə ədəbiyyatının fars dilinə tərcümə olunmuş bir sıra əsərləri də təqdim edilib.

Anadolu agentliyinin xəbərinə görə, mərasimdə təqdim olunan əsərlər arasında Yaşar Kamalın bir neçə kitabı olub: «Tək qanadlı quş», «Fərat suyu qan axır, baxsana», «Qarışqanın su içdiyi yer» və «Ağrı dağı əfsanəsi». Bundan başqa, tədbirdə Mukadder Gemici və Ayfer Tunçun əsərləri də təqdim edilib.

Türkiyənin Tehrandakı səfirliyinin mədəniyyət və turizm müşaviri Gökhan Çetinkaya regionda mədəni əlaqələrin uzun tarixinə toxunaraq bildirib ki, türk və fars dilləri arasındakı münasibətlər yalnız müasir dövrlə məhdudlaşmır.

Onun sözlərinə görə, XX əsrdən bəri Əziz Nesin, Nazim Hikmət və Yaşar Kamal kimi yazıçıların əsərləri farsdilli oxucular tərəfindən rəğbətlə qarşılanıb.