ABŞ ordusunun Mərkəzi Komandanlığı bildirib ki, İslam Respublikasına qarşı tətbiq edilən dəniz blokadasının qaydalarına əməl olunmasını təmin etmək üçün indiyədək 125 ticarət gəmisinin marşrutunu dəyişib.
CENTCOM X sosial şəbəkəsində açıqlayıb ki, «USS George H. W. Bush» təyyarədaşıyan gəmisi də Ərəb dənizində bu əməliyyatın icrasına dəstək verir.
CENTCOM həmçinin SEPAH-ın yüksək rütbəli komandirlərindən birinin İslam Respublikasının Hörmüz boğazı üzərində «tam nəzarət» etdiyi barədə iddiasını rədd edib. Komandanlıq qeyd edib ki, son aylarda minlərlə gəminin bu su yolundan keçməsi və oradan 1 milyard bareldən çox neftin daşınması Tehranın boğaza tam nəzarət etmədiyini göstərir.