ArazNews
Ana Səhifə / İran / Tehran prokurorluğu sərt tədbir görülməsini tapşırıb; dollar 256 min tüməni keçib
İran

Tehran prokurorluğu sərt tədbir görülməsini tapşırıb; dollar 256 min tüməni keçib

Tehran prokurorluğu sərt tədbir görülməsini tapşırıb; dollar 256 min tüməni keçib

Tehranın sərbəst bazarında dolların məzənnəsi bu gün, 30 sentyabr (mehr ayının 8-i), çərşənbə günü 256 min tüməni ötüb. Açıqlanan məzənnələrə görə, dollar 256 min 500 tümənə, avro 290 min 500 tümənə, Britaniya funt sterlinqi isə 339 min tümənə alınıb-satılıb.

Bu səhər 255 min tümən olan dollar dünən açıqlanan 253 min 100 tümənlik məzənnə ilə müqayisədə 3400 tümən bahalaşıb. İslam Respublikası polisi bazar ertəsi günü valyuta bazarında fəaliyyət göstərən 11 nəfəri həbs etsə də, valyuta qiymətləri artmaqda davam edir.

Eyni zamanda, Tehran prokurorluğu hüquq-mühafizə orqanlarına tapşırıq verib ki, yerində yoxlamalar aparmaqla və virtual səhifələri, kanalları izləməklə, prokurorluğun «valyuta bazarını pozan ünsürlər» adlandırdığı şəxsləri müəyyənləşdirib məhkəmə orqanlarına təqdim etsinlər. Hüquq-mühafizə orqanları gördükləri tədbirlər barədə hər gün prokurorluğa hesabat göndərməlidirlər.