İsrailin baş naziri Binyamin Netanyahu sentyabrın 29-da, çərşənbə axşamı Tel-Nof hava bazasına səfər edib. O bildirib ki, İsrailin düşmənlərinin oktyabrın 27-də keçiriləcək seçkilərdən əvvəl bu ölkəyə hücum etmək niyyətində olduğuna dair əlamətlər var.
Netanyahu həmin səfər zamanı İsrail Hərbi Hava Qüvvələrinə işarə edərək bu düşmənlərə müraciətlə deyib: «Bizimlə toqquşmayın; nə indi, nə də heç vaxt. Bizim uzun qolumuz hər yerdə və hər zaman sizə çatacaq». Onun sözlərinə görə, İsrail qüvvələri son həftələrdə Qəzzada 100-dən çox «terrorçu» öldürüb.