ArazNews
Ana Səhifə / Dünya / Tramp "Axios"un məlumatını təkzib edib: "İrana heç nə təklif etməmişəm"
Dünya

Tramp "Axios"un məlumatını təkzib edib: "İrana heç nə təklif etməmişəm"

Tramp

ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşdığı mesajda "Axios"un İrana sanksiyaların yumşaldılması və dondurulmuş aktivlərinin azad edilməsi təklifi ilə bağlı məlumatını təkzib edib. O yazıb: "Bu xəbər doğru deyil. Mən onlara heç nə təklif etməmişəm!"

Tramp "Axios"un məlumatını "saxta" adlandırıb və bu mediaya özünə qarşı düşmənçilik motivi ilə materiallar yaymaqda ittiham edib. O, həmçinin bu məlumatın dərhal geri götürülməsini tələb edib.

Daha əvvəl amerikalı rəsmilərə istinadən yayılan məlumatlarda Trampın nüvə məsələsində konkret irəliləyiş müqabilində İrana qarşı sanksiyaları yumşaltmağa və ölkənin dondurulmuş aktivlərini azad etməyə şərti hazır olduğu bildirilirdi. Tramp mesajında Tehrana belə bir təklif verildiyini rədd edib.