ArazNews
Ana Səhifə / Dünya / AP: Netanyahu "Haaretz"in xəbərini təkzib etdirmək üçün gizli şəkildə Əbu-Dabiyə səfər edib
Dünya

AP: Netanyahu "Haaretz"in xəbərini təkzib etdirmək üçün gizli şəkildə Əbu-Dabiyə səfər edib

AP: Netanyahu

"Associated Press" agentliyinin məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu sentyabrın 27-də gizli şəkildə Əbu-Dabiyə gedib. O, BƏƏ prezidenti Məhəmməd bin Zayeddən HƏMAS-ın 7 oktyabr hücumundan əvvəl Əmirliklərin ona xəbərdarlıq etdiyini iddia edən xəbəri təkzib etməyi xahiş edib.

"Haaretz" qəzeti araşdırma xarakterli yazısında iddia edib ki, bin Zayed hücumdan təxminən 10 gün əvvəl Netanyahu ilə əlaqə saxlayıb. Qəzetin iddiasına görə, o, Yəhya Sinvarın "zəlzələ" planlaşdırdığını bildirib. "Haaretz" yazıb ki, Netanyahu bu xəbərdarlığı təhlükəsizlik komandirləri ilə bölüşməyib.

Netanyahu bu xəbəri "tam yalan" adlandırıb və "Haaretz"i məhkəməyə verəcəyini deyib. BƏƏ də açıqlayıb ki, təhlükəsizlik məlumatları ölkə liderləri səviyyəsində deyil, "ixtisaslaşmış qurumlar" vasitəsilə mübadilə edilir. Netanyahu Ben-Qurion hava limanından xüsusi reyslə yola düşüb və təxminən dörd saat sonra, həmin gecə geri qayıdıb.