ArazNews
Ana Səhifə / İran / ABŞ Maliyyə Nazirliyi dolların 244 min tümənə çatmasından sonra: Növbəti hədəf 300 min tüməndir
İran

ABŞ Maliyyə Nazirliyi dolların 244 min tümənə çatmasından sonra: Növbəti hədəf 300 min tüməndir

ABŞ Maliyyə Nazirliyi dolların 244 min tümənə çatmasından sonra: Növbəti hədəf 300 min tüməndir

ABŞ-ın maliyyə naziri Skott Bessent «iqtisadi təcrid əməliyyatı»nın rialı tarixin ən aşağı səviyyəsinə endirdiyini açıqlayıb. ABŞ Maliyyə Nazirliyi dolların 2 milyon 440 min rial, yəni 244 min tümən olmasını «rekord» adlandırıb və yazıb: «Üç milyon rial, gəlirik». Bessent bildirib ki, Vaşinqton İslam Respublikasının terrorizmi maliyyələşdirmək və nüvə silahı hazırlamaq imkanlarını zəiflətməyə davam edəcək.