Türkiyənin "Airporthaber" saytının məlumatına görə, icra məmurları "Caspian" aviaşirkətinə məxsus "Boeing 737" təyyarəsini İstanbul hava limanında Tehrana uçuşdan əvvəl həbs ediblər. Məhkəmə qərarı aviasiya sahəsində nümayəndəlik və nəzarət xidmətləri göstərən "ACM Temsil Gözetim" şirkətinin təxminən 3 milyon avroluq tələbinə görə çıxarılıb. Sərnişinlər və heyət üzvləri artıq təyyarəyə minmiş, yüklər də yüklənmişdi, lakin hamısı terminala geri qaytarılıb.
Bölgə