ArazNews
Ana Səhifə / Bölgə / Səudiyyə Ərəbistanı səmasında husilərin iki raketi və iki PUA-sı zərərsizləşdirilib
Bölgə

Səudiyyə Ərəbistanı səmasında husilərin iki raketi və iki PUA-sı zərərsizləşdirilib

Səudiyyə Ərəbistanı səmasında husilərin iki raketi və iki PUA-sı zərərsizləşdirilib

"Reuters"in məlumatına görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya şənbə səhər tezdən Yəmən husilərinin buraxdığı iki ballistik raketi və iki pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini açıqlayıb.

Koalisiyanın bildirdiyinə görə, raketlər Xəmis-Muşeyt, PUA-lar isə Ər-Riyad istiqamətində hərəkət edirdi. Səudiyyə Ərəbistanı rəsmiləri hələlik mümkün itki və ya dağıntılar barədə məlumat yaymayıb.

Hücum Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın hərbi komandanlarının bir neçə saat əvvəl Ər-Riyadda Səudiyyə Ərəbistanına yönələn təhdidləri müzakirə etdiyi vaxta təsadüf edib. Husilərin hücumlarının Hörmüz boğazı böhranı ilə eyni vaxtda davam etməsi regionda neft daşınması marşrutlarının təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb.