Fransa Xəbər Agentliyi xəbər verib ki, husilərin yüksək vəzifəli rəsmilərindən biri ABŞ Səudiyyə Ərəbistanını dəstəkləmək üçün hərbi müdaxiləyə başlayarsa, qruplaşmanın strateji əhəmiyyətli Babül-Məndəb boğazını bağlayacağını və bütün Amerika qüvvələrini və maraqlarını hədəfə alacağını açıqlayıb.
Husi rəsmisi deyib: «Babül-Məndəbi bağlayacağıq və ABŞ Səudiyyə Ərəbistanına kömək etmək üçün hərbi müdaxilə edərsə, bütün Amerika ünsürlərini hədəfə alacağıq». Bu təhdid husilər, Səudiyyə Ərəbistanı və ABŞ arasında qarşıdurmanın genişlənməsi ehtimalını artırır.
Babül-Məndəb dünyanın ən mühüm dəniz keçidlərindən biridir və Qırmızı dənizi Ədən körfəzi və Hind okeanı ilə birləşdirən yol hesab olunur. Onun hər hansı şəkildə bağlanması neft tankerlərinin və ticarət gəmilərinin keçidini pozaraq enerji və dəniz daşımaları böhranını dərinləşdirə bilər.