Reuters agentliyi xəbər verib ki, ABŞ-ın Müskatdakı səfirliyində amerikalı rəsmilər ilə husilərin iki yüksək vəzifəli nümayəndəsi arasında görüş keçirilib.
Reuters-in məlumatına görə, husilərin nümayəndələri danışıqlar zamanı amerikalı tərəfə bildiriblər ki, ABŞ gəmilərini hədəfə almaq niyyətində deyillər və İsrail gəmilərinə də hücum etməyəcəklər.
Bu birbaşa görüşün Ománda keçirilməsi elə bir vaxta təsadüf edir ki, Qırmızı dənizdə və Bab əl-Məndəbdə gərginlik davam edir və İran rejiminin vəkil qrupu olan husilərin hücumları regionun gəmiçilik təhlükəsizliyi baxımından ən ciddi narahatlıqlardan birinə çevrilib.