ArazNews
Ana Səhifə / Dünya / CBS News ABŞ-ın İran hücumlarından sonra dəyən zərəri əks etdirən hesabat yayıb
Dünya

CBS News ABŞ-ın İran hücumlarından sonra dəyən zərəri əks etdirən hesabat yayıb

CBS News ABŞ-ın İran hücumlarından sonra dəyən zərəri əks etdirən hesabat yayıb

Amerika telekanalı CBS News eksklüziv görüntülər yayaraq iddia edib ki, İranın Yaxın Şərqdə ABŞ-ın hərbi mövqelərinə endirdiyi raket və pilotsuz uçuş aparatı zərbələri bazalara, binalara və hərbi avadanlığa geniş miqyaslı ziyan vurub.

Hesabata görə, ABŞ hərbi qüvvələrinin göndərdiyi görüntülər göstərir ki, Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hava bazasında bir erkən xəbərdarlıq və hava nəzarəti təyyarəsi birbaşa zərbə nəticəsində ciddi ziyan görüb, onun bəzi hissələri isə sıradan çıxıb. Eyni zamanda regiondakı bir neçə ABŞ hərbi bazasında binalar, yataqxanalar və müxtəlif obyektlər dağıntıya məruz qalıb.

CBS News həmçinin Küveytdəki Buering və Ərifcan bazalarından görüntülər yayıb ki, bu görüntülərdə binalara, nəqliyyat vasitələrinə və hərbi avadanlığa dəyən ziyan əks olunub.

Eyni zamanda ABŞ Müdafiə Nazirliyinin baş müfəttişi Konqresə təqdim etdiyi hesabatda bildirib ki, İranla toqquşma zamanı ABŞ-ın itirdiyi avadanlığın dəyəri təxminən 3,7 milyard dollara çatır.