ArazNews
Ana Səhifə / İran / Tehranın magistrallarında hərbi təlim təbliğatı: İran rejimi tərəfdarlarını silahlandırır
İran

Tehranın magistrallarında hərbi təlim təbliğatı: İran rejimi tərəfdarlarını silahlandırır

Tehranın magistrallarında hərbi təlim təbliğatı: İran rejimi tərəfdarlarını silahlandırır

Tehranda bir piyada körpüsündə belə bir sual olan banner asılıb: «Kalaşnikovla işləməyi bacarırsan?»

Bu banner «Can fəda xalq bölmələrinin hərbi və yardım təlim kursları»na qeydiyyatı təbliğ edir. Müraciət edənlər elan olunan SMS sisteminə 1 rəqəmini göndərməli və ya bu təşkilatın saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Kursların 24 sentyabr çərşənbə günü saat 17:00-dan başlayacağı elan edilib.

Bu layihənin təbliğatı daxili mesajlaşma proqramlarında və Rubikada da yayılır. Polis rəisi Əhmədrza Radan daha əvvəl xalqa ünvanladığı hədə xarakterli bir mesajda «otuz milyon can fəda»nın mövcudluğundan danışmışdı.