ArazNews
Ana Səhifə / İran / AP: Avstriya Məhəmməd İslamiyə Agentliyin iclasında iştirak üçün viza verməyib
İran

AP: Avstriya Məhəmməd İslamiyə Agentliyin iclasında iştirak üçün viza verməyib

AP: Avstriya Məhəmməd İslamiyə Agentliyin iclasında iştirak üçün viza verməyib

Associated Press agentliyi xəbərdar bir mənbəyə istinadən bildirib ki, İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami beynəlxalq səyahət qadağası səbəbindən Vyanada keçiriləcək Beynəlxalq Atom Enerjisi Agentliyi üzv ölkələrinin illik iclasında, ehtimal ki, iştirak etməyəcək.

Məlumata görə, Avstriya BMT-nin sanksiyalar komitəsinə müraciət edərək İslami üçün səyahət qadağasından istisna tələb edib, lakin bu tələb qəbul edilməyib.

Associated Press onun bu ilki iclasda mümkün iştirak etməməsini İran ilə Qərb ölkələri arasındakı münasibətlərdə gərginliyin artmasının göstəricisi kimi qiymətləndirib.

Eyni zamanda, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu addımı tənqid edərək deyib: "Avstriyanın ABŞ-ın təzyiqi altında doktor İslamiyə viza verməməsi, heç bir şəkildə ev sahibi dövlətin məsuliyyətini aradan qaldırmır."