ArazNews
Ana Səhifə / İran / Xana şəhərində daha bir kürddilli vətəndaş terror aktı nəticəsində öldürülüb
İran

Xana şəhərində daha bir kürddilli vətəndaş terror aktı nəticəsində öldürülüb

Xana şəhərində daha bir kürddilli vətəndaş terror aktı nəticəsində öldürülüb

Qərbi Azərbaycan ostanının inkişaf, idarəetmə və resurslar üzrə ostandar müavini Xəzər Kak Dərvişinin qardaşı İslam Kak Dərviş 20 şəhrivər (11 sentyabr) cümə günü Xana (Pirənşəhr) şəhərində silahlı şəxslərin hücumu nəticəsində öldürülüb.

O, sorani-dilli mengur tayfalarının ağsaqqallarından biri olub. Sorani-dilli mengur tayfaları İran rejiminə yaxınlığı ilə tanınır. Bu, son bir həftə ərzində Pirənşəhr şəhərində kürd silahlı qrupları tərəfindən İran rejiminə yaxın şəxslərə qarşı həyata keçirilən ikinci terror aktıdır.

Son həftələrdə Qərbi Azərbaycanın bəzi kürd əhalisi üstünlük təşkil edən şəhərlərində hədəfli terror hallarının artması müşahidə olunub. Yayılan məlumatlara görə, bu hücumların qurbanları kürd silahlı qrupları tərəfindən İran rejimi ilə əməkdaşlıqda ittiham olunan kürddilli vətəndaşlardır.

Bu halların artması kürd silahlı qruplarının fəaliyyət xarakteri və mübarizə üsulları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib və müşahidəçilərin bu qruplar tərəfindən Qərbi Azərbaycan şəhərlərinin terror meydanına çevrilməsinə dair tənqidlərinə səbəb olub.