Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İrandan paraqlayder vasitəsilə Azərbaycan ərazisinə keçirilən 65 kiloqram 500 qram narkotik vasitənin aşkarlanıb götürüldüyünü bildirib.
Qurumun məlumatına görə, sərhəd qoşunları "Horadiz" sərhəd dəstəsinin məsuliyyət zonasında axtarış və əməliyyat tədbirləri zamanı bu məhmulu müəyyən edərək aşkar ediblər.
Məlumata əsasən, saat 03:11-də İrandan Azərbaycan istiqamətinə paraqlayder vasitəsilə göndərilən həmin narkotik vasitə aşkarlanaraq qaçaqmalçılıq dövriyyəsindən çıxarılıb.
Azərbaycanın Dövlət Sərhəd Xidməti bu iş üzrə istintaq və əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini açıqlayıb.