ArazNews
Ana Səhifə / Xəbər / Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin 7-ci toplantısı Bakıda keçirildi
Xəbər

Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin 7-ci toplantısı Bakıda keçirildi

Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin 7-ci toplantısı Bakıda keçirildi

Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin 7-ci toplantısı 14 sentyabr bazar ertəsi günü təxminən 40 ölkədən 200-ə yaxın dini xadimin və 18 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə Bakıda keçirilib.

Toplantıya Qafqaz Müsəlmanları İdarəsi ev sahibliyi edib və bu qurumun sədri Allahşükür Paşazadə iclasa rəhbərlik edib.

Görüşdə türk dövlətlərinin dini qurumları arasında əməkdaşlıq, islam həmrəyliyi və türk dünyasının ortaq məsələləri ilə bağlı mövzular müzakirə olunub.

Toplantının davamında Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin "Bakı Bəyannaməsi" də qəbul edilib.

Həmçinin iştirakçılar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan bir mesaj yayıblar.