ArazNews
Ana Səhifə / Xəbər / Tramp: İranın uran zənginləşdirmə gücünü yox etdik; müharibə bitsə, neft qiyməti kəskin düşəcək
Xəbər

Tramp: İranın uran zənginləşdirmə gücünü yox etdik; müharibə bitsə, neft qiyməti kəskin düşəcək

Tramp: İranın uran zənginləşdirmə gücünü yox etdik; müharibə bitsə, neft qiyməti kəskin düşəcək

ABŞ Prezidenti Donald Tramp yenə iddia edib ki, Birləşmiş Ştatlar İranın uran zənginləşdirmə gücünü yox edib və Vaşinqton Tehranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcək.

Tramp Corciya ştatında keçirilən seçki mitinqində ABŞ-ın «Gecəyarısı çəkici» və «Epik qəzəb» əməliyyatları ilə İranın uran zənginləşdirmə gücünü aradan qaldırdığını önə sürüb.

O, İranın hərbi və iqtisadi baxımdan məğlub olduğunu iddia edərək deyib: «Onların heç vaxt nüvə silahı əldə etməyəcəyinə əmin olmalıyıq.»

ABŞ Prezidenti son açıqlamalarında həmçinin İrana qarşı müharibə başa çatdıqdan sonra dünya neft qiymətlərinin kəskin şəkildə düşəcəyini önə sürüb. Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almağın Vaşinqtonun hərbi addımlarının əsas hədəfi olduğunu vurğulayıb.